Azov dənizində gəmilərə hücum nəticəsində həlak olan Azərbaycan vətəndaşlarının nəşləri ölkəyə gətirilib.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, iyunun 10-da Azov dənizində yük gəmilərinə pilotsuz uçuş aparatı ilə edilən hücum nəticəsində həlak olan dörd Azərbaycan vətəndaşının nəşi Azərbaycana gətirilib.
XİN-dən bildirilib:
Faciə nəticəsində həlak olan soydaşlarımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
Daha əvvəl bildirilmişdi ki, iyunun 5-də Azov dənizində pilotsuz uçuş aparatlarının hücumlarına məruz qalan gəmilərin ekipaj üzvləri olan 19 Azərbaycan vətəndaşı Vətənə yola salınıb.