Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib.
Bu barədə Mərkəzin X sosial şəbəkəsindəki paylaşımında bildirilib.
Qeyd olunub ki, Rövşən Muradov iş məsələləri ilə əlaqədar Türkiyədə olub və Mərkəz nümayəndələrinin beynəlxalq konfransda iştirakının təşkilati məsələləri ilə məşğul idi.
Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçilərindən biri olub və Mərkəzin yaradıldığı ilk günlərdən ona rəhbərlik edib.