Təxminən bir illik fasilədən sonra Gəncə–Sankt-Peterburq istiqamətində birbaşa aviareyslər yenidən bərpa olunub.
AZAL Azərbaycanın qərb bölgəsinin sakinləri üçün J2-5122 reysinin icrasına başlayıb.
Cədvələ əsasən, təyyarə Gəncədən saat 16:10-da yola düşür və Sankt-Peterburqa saat 20:30-da çatır.
Geri dönüş reysi də Azərbaycana səfər edən sərnişinlər üçün rahat bağlantı imkanı yaradır.
Uçuşların bərpası xüsusilə yay turizm mövsümü ərəfəsində aktual hesab olunur.