Geri qayıt Çap et

Bakı–Tbilisi qatarına böyük maraq: ilk reysə əlavə vaqon qoşuldu

Bakı–Tbilisi–Bakı dəmir yolu marşrutu üzrə qısa müddətdə 1000-dən çox bilet satılıb.

Bu barədə Azərbaycan Dəmir Yolları məlumat yayıb.

Bildirilib ki, Bakıdan yola düşəcək reyslər üçün 400-dən çox, Tbilisidən hərəkət edəcək qatarlar üçün isə 500-dən artıq bilet alınıb.

Biletlərə yüksək tələbat nəzərə alınaraq, Bakıdan yola düşəcək ilk qatara əlavə bir vaqon qoşulub.

ADY həmçinin qeyd edib ki, artan tələbat səbəbindən onlayn satış sistemində və kassalarda müvəqqəti gecikmələr müşahidə olunur.

DenMedia.az