Geri qayıt Çap et

Azərbaycanda doğum göstəricisi niyə azalıb?

2026-cı ilin ilk üç ayında Azərbaycanda doğulan körpələrin sayı məlum olub.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, yanvar-mart aylarında Ədliyyə Nazirliyinin rayon və şəhər qeydiyyat şöbələri tərəfindən ümumilikdə 20 362 yeni doğulan körpə qeydə alınıb.

Məlumata görə, 2025-ci ilin eyni dövrü ilə müqayisədə hər 1000 nəfərə düşən doğum göstəricisi 8,8-dən 8-ə enib.

Statistikaya əsasən, yeni doğulanların 53,8 faizi oğlan, 46,2 faizi isə qız olub.

Qeydiyyata alınan körpələr arasında 698 əkiz, 27 üçəm də yer alıb.

DenMedia.az