Tbilisi ilə Bakı arasında sərnişin qatarlarının hərəkəti altı illik fasilədən sonra bərpa olunur.
Bu barədə Gürcüstan hökuməti administrasiyası məlumat yayıb.
Bildirilib ki, Tbilisi-Bakı istiqaməti üzrə gündəlik sərnişin dəmir yolu daşımaları mayın 26-dan etibarən yenidən başlayacaq.
Qərar Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıya səfəri zamanı Azərbaycan tərəfi ilə imzalanmış İkitərəfli Koordinasiya Şurasının protokolu əsasında qəbul edilib.
Qeyd edək ki, Bakı ilə Tbilisi arasında sərnişin daşımaları 2020-ci ildə COVID-19 pandemiyası səbəbindən dayandırılmışdı və indiyədək bərpa olunmamışdı.
Azərbaycanın quru sərhədləri hələ də bağlıdır və ölkədə xüsusi karantin rejimi qüvvədədir. Ölkədən çıxış əsasən hava nəqliyyatı vasitəsilə mümkündür.