Geri qayıt Çap et

Rusiyadan Ermənistana gedən buğda qatarı Azərbaycandan keçdi

Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzitlə daşınan buğda qatarı “Azərbaycan Dəmir Yolları” QSC-nin Balakarı stansiyasından yola salınıb.

Bu gün Azərbaycandan Ermənistana tranzitlə növbəti buğda partiyası göndərilir.

Balakarı stansiyasından ümumi çəkisi 977 ton olan 14 vaqon taxıl yola salınıb.

Qatar Böyük Kəsik stansiyasından keçərək Gürcüstan istiqamətində hərəkət edəcək. Daha sonra yük Ermənistana çatdırılacaq.

DenMedia.az