Geri qayıt Çap et

Daha 18 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirildi

Azərbaycana reabilitasiya keçmək üçün 18 ukraynalı uşaqdan ibarət növbəti qrup gəlib.

Bu barədə Ukraynanın Azərbaycandakı səfiri Yuriy Qusev X sosial şəbəkəsində yazıb.

O bildirib:

Rusiyanın Ukraynaya qarşı tammiqyaslı müdaxiləsinin başlanmasından bəri Azərbaycan 594 uşağı qəbul edib, bununla həmrəyliyini və qonaqpərvərliyini göstərib. Azərbaycana və uşaqlarımıza dəstək göstərən hər kəsə minnətdarıq.

DenMedia.az