Geri qayıt Çap et

Zəvvarların Həcc səfəri başlayır: tarix açıqlandı

Həccziyarətinə, hər biri 4 qrupdan ibarət olmaqla, ümumilikdə, 7 zəvvar təyyarəsi yola düşəcək.

DenMedia.az xəbər verir ki, bu barədə apa-ya Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri, Həcc elektron sistem rəhbəri Vüsal Cahangiri məlumat verib.

O bildirib ki, hər biri 180 nəfərdən ibarət birinci və ikinci zəvvar təyyarəsi mayın 17-də, üçüncü və dördüncü zəvvar təyyarələri mayın 18-də, beşinci və altıncı zəvvar təyyarələri mayın 19-da, yeddinci zəvvar təyyarəsi isə mayın 21-də həcc ziyarətinə yola düşəcək: “Hər təyyarədə 4 zəvvar qrupu olacaq. Səhər və axşam olmaqla, gündə iki təyyarə yola düşəcək, mayın 21-i isə bir təyyarə yola düşəcək. Onlar ilk olaraq Ciddə şəhərində düşüb,avtobuslarla Cöhfə miqatına gedəcəklər, orada ehram bağlayıb gecə saatlarında Məkkəyə çatacaqlar”.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ dolları müəyyən edilib.