Geri qayıt Çap et

WUF13 çərçivəsində xüsusi innovasiya məkanı yaradılır

Dünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Bakıda startaplar üçün xüsusi pavilyon təqdim olunacaq.

Pavilyon mənzil təminatı və şəhər inkişafı sahəsində innovativ yanaşmaların təşviqi məqsədilə yaradılan Biznes və İnnovasiya Mərkəzində yerləşəcək.

Burada gənc sahibkarlar və şirkətlər öz innovativ həllərini təqdim edə biləcəklər.

Məlumata görə, pavilyonda dünyanın 10 ölkəsindən 14 startap layihəsi nümayiş olunacaq.

Təşkilatçılar bildiriblər ki, təşəbbüsün məqsədi yeni bazar iştirakçıları üçün platforma yaratmaq və şəhərsalma ilə mənzil problemlərinin həllinə yönəlmiş genişlənə bilən ideyaları ön plana çıxarmaqdır.

DenMedia.az