Geri qayıt Çap et

Xankəndidə avtobus marşrutları işə başladı

Xankəndidə bu gündən şəhərdaxili avtobus marşrutları istifadəyə verilib.

Məlumata görə, marşrutlar üzrə 62 dayanacaq qurulub və müvafiq nişanlarla təchiz edilib.

Yeni xətlər şəhərin əsas nöqtələrini əhatə edir:

  • 1 nömrəli marşrut — Qarabağ Universitetinin klinikasını Xankəndi tikiş fabriki ilə birləşdirir
  • 2 nömrəli marşrut — Kərkicahan qəsəbəsindən dəmir yolu və avtovağzal kompleksinə qədər uzanır
  • 3 nömrəli marşrut — Qarabağ Universitetinin klinikasını 1-ci dairə ilə əlaqələndirir

Sərnişin daşımaları BakuBus şirkətinin elektrobusları ilə həyata keçirilir.

İlkin mərhələdə xətlər üzrə 10 avtobus fəaliyyət göstərir, hərəkət intervalı isə 14–15 dəqiqədir.

DenMedia.az