Geri qayıt Çap et

Əl işlərinin internetdə satışı vergiyə cəlb olunacaq

İqtisadiyyat Nazirliyinin Kollegiyası “Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.

Müvafiq qərar nazir Mikayıl Cabbarov tərəfindən imzalanıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron ticarət çərçivəsində əl işlərinin satışından əldə olunan gəlirlərlə bağlı bəyannamələri vergi orqanlarına təqdim edəcək. Bu gəlirlərdən xərclər çıxılmadan 2 faiz dərəcə ilə vergi tutulacaq.

Həmçinin qeyd olunub ki, bu satışlara münasibətdə Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi xaricində kameral və səyyar vergi yoxlamaları aparılacaq.

DenMedia.az