Tovuz rayonunda valideynləri tərəfindən tərk edildiyi bildirilən uşaqların səhhəti açıqlanıb.
DenMedia.az xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, azyaşlıların vəziyyəti qənaətbəxşdir:
"Bu gün saat 14:10-da 2018, 2019 və 2024-cü il təvəllüdlü üç azyaşlı (kişi cinsli) Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Onların hər biri zəruri tibbi müayinələrdən keçirilib. Hazırda azyaşlıların vəziyyəti qənaətbəxşdir".