Quba rayonunda Qəçreş –Xınalıq yolunun aşağı hissəsində torpaq sürüşməsi baş verib. Yamacdan qopan iri ağac yolun hərəkət hissəsinə düşüb.
Hadisə nəticəsində Xınalıq istiqamətində nəqliyyatın hərəkəti bir zolaq üzrə müvəqqəti məhdudlaşdırılıb.
Hazırda avtomobillərin yuxarı yol hissəsi ilə hərəkət etməsi tövsiyə olunur.
Əraziyə baxış zamanı sürüşmənin davam etdiyi də qeydə alınıb.