Azərbaycanda vəzifə maaşlarına əlavələr, mükafatlar və digər ödənişlər üçün yuxarı həddin müəyyən edilməsi planlaşdırılır.
Məlumata görə, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.
Nazirlik aidiyyəti dövlət qurumları ilə razılaşdırmaqla, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri və fəaliyyət gəlirləri hesabına verilən əlavələr, mükafatlar və digər ödənişlər üzrə yuxarı hədlərin müəyyən olunmasına dair təklifləri 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.