Vəsiyyətnamədə mirasdan məhrum edilən şəxs oradan pay ala bilər?
DenMedia.az xəbər verir ki, “lent.az”ın "Bir sual, bir cavab" rubrikasında növbəti sualı mirasdan məhrum edilən şəxsin pay ala bilməsi ilə bağlıdır.
Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edənin valideynlərinin, uşaqlarının, ərinin və ya arvadının vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi pay almaq hüququ var.
Məcburi pay qanun üzrə vərəsəlik zamanı onlara çatacaq payın yarısını təşkil etməlidir.
Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 1203.1-ci maddəsinin şərh edilməsinə dair 13 dekabr 2011-ci il tarixli plenum qərarına əsasən, məcburi pay almaq hüququndan məhrum etmək yalnız miras qoyanın öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə mümkündür.