Zəngilanın bərpasının ilk mərhələsi tamamlandı — şəhər istifadəyə verilir
Zəngilan şəhərinin bərpasının birinci mərhələsi üzrə işlər başa çatıb. Bu barədə Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin (BTİX) ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlhamiyyə Rzayeva “Dost TV” kanalının canlı efirində məlumat verib.
Onun sözlərinə görə, bütün işlər yekunlaşıb və obyekt yaxın vaxtlarda istifadəyə veriləcək.
Xatırladaq ki, 2025-ci ilin noyabr ayında Zəngilanda şəhərə qayıdacaq sakinlər üçün ilk püşkatma mərasimi keçirilib.