Geri qayıt Çap et

Azərbaycanda Orta Tunc dövrünə aid abidə aşkarlandı

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu və Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun birgə apardığı elmi tədqiqatın nəticələri açıqlanıb.

DenMedia.az Unikal.az-a istinadən xəbər verir ki,Yardımlı rayonunun Viləşçay yaşayış məskənində aparılan qazıntılar zamanı tapılan nümunələrin laborator analizləri nəticəsində abidənin e.ə. II minilliyin ortalarına – Orta Tunc dövrünə aid olduğu müəyyən edilib.

Tədqiqatlar dörd aydan çox davam edib və kimya üzrə fəlsəfə doktoru Aybəniz Axadova tərəfindən aparılıb.

Qeyd olunur ki, Viləşçay yaşayış məskəni Azərbaycanın cənub-şərq bölgəsinin orta dağlıq ərazisində yerləşir.