Geri qayıt Çap et

Beş qanunsuz avtomat müsadirə olundu

Martın 13-ü polis əməkdaşları paytaxt, respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan bölgələrdə 5 avtomat və 19 tüfəng aşkar edib.
Bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, silahlardan başqa, 16 patron darağı və 1928 ədəd müxtəlif çaplı patron da aşkar edilərək götürülüb.


Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Denmedia.az