Geri qayıt Çap et

İndiyədək İrandan Azərbaycana təxliyə olunanların sayı açıqlanıb

Fevralın 28-i saat 08:00-dan martın 13-ü saat 10:00-dək İrandan Azərbaycana ümumilikdə 2309 nəfər təxliyə olunub.

DenMedia.az apa-ya istinadn xəbər verir ki, təxliyə edilənlər arasında 403 nəfər Azərbaycan vətəndaşı olub.

Digər təxliyə olunanlar arasında 686 Çin, 294 Rusiya, 178 Tacikistan, 140 Pakistan, 68 İndoneziya, 57 Oman, 44 İtaliya, 33 İran, 26 İspaniya, 25 Əlcəzair, 18 Səudiyyə Ərəbistanı, 17 Yaponiya vətəndaşı yer alıb.

Bundan əlavə, Fransa və Almaniyadan 16 nəfər, Özbəkistan, Gürcüstan və Nigeriyadan 13 nəfər, Macarıstan və Polşadan 12 nəfər, İsveçrə və Meksikadan 11 nəfər, Belarus, Qazaxıstan, Bolqarıstan, Konqo Demokratik Respublikası və Kanadadan 10 nəfər təxliyə olunub.

Həmçinin Böyük Britaniyadan 9 nəfər, Braziliyadan 8 nəfər, BƏƏ, Slovakiya, Belçika və Rumıniyadan 6 nəfər, Hindistan, Serbiya, Çexiya, Əfqanıstan, Avstriya və Yunanıstandan 5 nəfər ölkəyə gətirilib.

Digər ölkələrdən isə daha az sayda vətəndaş təxliyə olunub. Onların arasında İordaniya, Banqladeş, Türkiyə, Ukrayna, Şri-Lanka, Küveyt, Bəhreyn, ABŞ, Finlandiya və Niderlanddan 4 nəfər, Qətər, Filippin, Xorvatiya, Danimarka və Avstraliyadan 3 nəfər yer alıb.

Bundan başqa Nepal, Livan, Yəmən, Qırğızıstan, İsveç, Sudan, Kipr və Sloveniya vətəndaşlarından 2 nəfər, eləcə də Tunis, Cənubi Afrika Respublikası, Maldiv adaları, Myanma, Kuba, Vatikan, Argentina, Bosniya və Herseqovina, Latviya, Misir və Belizdən hər ölkədən 1 nəfər təxliyə olunub.