Azərbaycan gəncləri ilə dövlətçilik, tarix və gələcək barədə maraqlı və səmimi görüş keçirilib.
Denmedia.az xəbər verir ki, görüş Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə təşkil olunub.
“Dünənimiz, Bu günümüz və gələcəyimiz” mövzusu ətrafında keçirilən görüş zamanı Azərbaycan Qiymətləndiricilər Palatasının Rəyasət Heyətinin sədr müavini Günay İsmayılqızı Azərbaycanın keçdiyi inkişaf yolu, dövlətçilik ənənələri və gələcək perspektivləri barədə danışıb və iştirakçılarla birlikdə geniş fikir mübadiləsi aparıb. Müzakirələr zamanı Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin əldə etdiyi uğurlar və 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin tarixi əhəmiyyəti xüsusi vurğulanıb.
Görüşdə gənclər tərəfindən səsləndirilən düşündürücü suallar və aparılan səmimi müzakirələr bir daha göstərib ki, Azərbaycan gəncliyi öz tarixini dərindən bilir, bu günün məsuliyyətini dərk edir və ölkənin gələcəyinin daha güclü qurulmasında fəal rol almağa hazırdır.
Tədbir iştirakçıları bildiriblər ki, belə görüşlər gənclərin dövlətçilik ruhunda formalaşmasına, milli-mənəvi dəyərlərə bağlılığının güclənməsinə və vətənpərvərlik hisslərinin daha da möhkəmlənməsinə mühüm töhfə verir.









