Bu gecə Azərbaycanda Ramazan ayının üçüncü Qədr (əhya) gecəsidir.
DenMedia.az xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib.
Əhya (Qədr) gecələri 8, 10, 12 və 16 mart tarixlərinə təsadüf edir.
Qeyd edək ki, Qədr gecəsi Allahın kitabı "Quran"ın nazil olduğu gecədir. "Qurani-Kərim" İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub. Əhya gecələrində səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq böyük savab sayılır.