Geri qayıt Çap et

Həcc qeydiyyatı Ramazanın sonunadək davam edəcək

Həcc ziyarətinə qeydiyyat müddəti Ramazan ayının sonunadək uzadılıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri və Həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri APA-nın sorğusuna cavab olaraq bildirib.

Onun sözlərinə görə, hazırda Həcc kvotasının təxminən 11 faizi hələ də boş qalır. Buna görə də ziyarətə getmək istəyən vətəndaşlara qeydiyyatı gecikdirməmək tövsiyə olunur.

Qeyd edək ki, bundan əvvəl Həcc ziyarəti üçün qeydiyyatın son tarixi 7 mart olaraq müəyyən edilmişdi.

Xatırladaq ki, 2026-cı il Həcc mövsümü üçün bir nəfərlik ziyarət paketinin qiyməti 6 100 ABŞ dollarıdır.

Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

  • ümumvətəndaş pasportu (etibarlılıq müddəti ən azı 1 il);

  • şəxsiyyət vəsiqəsinin surəti;

  • 5×5 sm ölçüdə iki ədəd rəngli fotoşəkil (qadınlar üçün tünd hicabda);

  • sağlamlıq haqqında arayış.

DenMedia.az