Azərbaycanda dövlət tərəfindən vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı azalıb.
Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.
Rəsmi məlumatlara görə, 2025-ci ilin sonuna olan vəziyyətə əsasən vahid aylıq müavinət alan keçmiş məcburi köçkünlərin sayı 387,3 min nəfər təşkil edib. Onlardan 44,8 min nəfər 33 manat, 342,5 min nəfər isə 60 manat məbləğində müavinət alır.
Qeyd olunur ki, ötən il məcburi köçkünlərin siyahılarında aparılan dəqiqləşdirmələr nəticəsində müavinət alanların sayı 21,1 min nəfər azalıb.
Xatırladaq ki, Nazirlər Kabinetinin qərarına əsasən keçmiş məcburi köçkünlər doğma torpaqlarına qayıtdıqdan sonra üç il müddətində mövcud güzəştlərdən istifadə edə və vahid aylıq müavinət ala bilirlər.