Geri qayıt Çap et

AZAL - Omandan təxliyə reysi ilə təxminən 200 Azərbaycan vətəndaşı vətənə qayıdır

Yaxın Şərqdə baş verən hadisələr fonunda Omanın paytaxtı Maskatdan Bakıya növbəti təxliyə reysi həyata keçirilir. Bu reys regionda, o cümlədən Birləşmiş Ərəb Əmirliklərində olan Azərbaycan vətəndaşlarının vətənə qaytarılması məqsədi daşıyır.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, yaxın vaxtlarda Maskat–Bakı marşrutu üzrə uçuş həyata keçirən AZAL-a məxsus Boeing 787 Dreamliner təyyarəsinin Heydər Əliyev Beynəlxalq Hava Limanına enişi gözlənilir.

Məlumata görə, həmin reyslə təxminən 200 Azərbaycan vətəndaşının ölkəyə təhlükəsiz şəkildə qayıtması planlaşdırılır.

Qeyd olunub ki, AZAL milli aviadaşıyıcı kimi müvafiq dövlət qurumları tərəfindən təsdiqlənmiş qaydalara uyğun olaraq uçuşların təhlükəsiz və ardıcıl şəkildə həyata keçirilməsini təmin edir.

Denmedia.az