Geri qayıt Çap et

Azərbaycanla İran arasında sərhəd keçidi yenidən açıldı

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) bu gün saat 10:00-dan etibarən bərpa olunub.

Bu barədə  Nazirlər Kabinetinin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, martın 5-də Azərbaycanla İran arasında dövlət sərhədindən bütün növ nəqliyyat vasitələri üçün yüklərin daşınması məqsədilə giriş-çıxış (o cümlədən tranzit məqsədilə giriş-çıxış) müvəqqəti olaraq dayandırılıb.

Denmedia.az