Geri qayıt Çap et

Almaniya və İspaniya diplomatları da İrandan Azərbaycana təxliyə edildi

Axşam saatlarında “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının təxliyəsi davam etdirilib.

Denmedia.az xəbər verir ki, Almaniyadan olan 13 nəfər və İspaniyadan olan 6 diplomatik nümayəndə “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunub. Onların sərhəddən təhlükəsiz keçidi təmin edilib.

“Astara” dövlət sərhədindən buraxılış məntəqəsində təxliyə prosesi fasiləsiz davam etdirilir və keçidlər müvafiq prosedurlara uyğun olaraq, aidiyyəti qurumların nəzarəti altında həyata keçirilir.