Geri qayıt Çap et

Ciddədən Bakıya xüsusi reyslə 200-dən çox azərbaycanlı gətirildi

Yaxın Şərqdə vəziyyətin gərginləşməsi ilə əlaqədar Ciddə şəhərindən Bakıya Azərbaycan vətəndaşları təxliyə edilib.

Daha əvvəl onların uçuşları hava hücumu səbəbindən ləğv olunmuşdu.

Məlumata görə, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Boeing 787 Dreamliner tipli təyyarəsi Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş edib.

Xüsusi reyslə 200-dən çox Azərbaycan vətəndaşı ölkəyə gətirilib.

Denmedia.az