Geri qayıt Çap et

Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanının tarixi açıqlandı

Azərbaycanda 11-ci siniflərin buraxılış imtahanı 9 martda keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, imtahanlar ölkənin bir sıra şəhər və rayonlarında, o cümlədən Bakı, Sumqayıt və Gəncə şəhərlərində təşkil olunacaq. İmtahan saat 11:00-da başlayacaq, imtahan binalarına buraxılış isə saat 10:45-də başa çatacaq.

Ümumilikdə imtahanlarda 58 138 şagirdin iştirakı nəzərdə tutulur. Onların arasında sağlamlıq imkanları məhdud olan 52 nəfər də var və onlar üçün xüsusi şərait yaradılıb.

Test imtahanlarının keçirilməsi üçün 236 bina və 4 300-dən çox auditoriya ayrılıb, həmçinin bütün zəruri təhlükəsizlik tədbirləri təmin edilib.

DenMedia.az