Geri qayıt Çap et

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Həcc ziyarəti üzrə kvotanın 80 faizdən çoxu tamamlanıb.
Denmedia.az trend-ə istinadən xəbər verir ki, bu barədə informasiyanı Qafqaz Müsəlmanları İdarəsinin Xarici əlaqələr şöbəsinin müdiri, həcc elektron sisteminin rəhbəri Vüsal Cahangiri yayıb. 

Səudiyyə Ərəbistanı Krallığının Həcc və Ümrə Nazirliyindən gələn təlimatlara əsasən, habelə, xaricdə və bölgələrdə yaşayan vətəndaşların çox sayda müraciətini nəzərə alaraq builki həcc mövsümü üçün sənəd qəbulunun müddəti mart ayının 7-dək uzadılıb.


Vüsal Cahangiri bildirib ki, göstərilən tarixdən sonra bir daha müddət uzadılmayacaq.
Xatırladaq ki, həcc ziyarətinin qiyməti bu il üçün 6 100 ABŞ dolları, yəni 10 388 manat təşkil edir.