Geri qayıt Çap et

Bakı–Naxçıvan–Bakı avtobus reysləri müvəqqəti dayandırıldı

Yaxın Şərqdə baş verən son hadisələr səbəbindən təhlükəsizlik məqsədilə İran ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini bu gün dayandırıb.

DenMedia.az xəbər verir ki, bu barədə report-a cavab olaraq Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, avtobus reysinin fəaliyyəti ilə bağlı ictimaiyyətə ətraflı məlumat veriləcək.