Qubada 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Quba Rayon İcra Hakimiyyətinin Quba Xaçmaz Reginal Təhsil İdarəsinin Quba- Xaçmaz Reginol Gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına Quba rayon Mədəniyyət Mərkəzində tədbir təşkil keçirilmişdir.
Denmedia.az xəbər verir ki, tədbirdə Quba Rayon İcra Hakimiyyətin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, təhsil işçiləri, gənclər, könüllülər və tələbələr iştirak edib.
Əvvəlcə Mərkəzin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilmiş, sonra isə tədbir rəsmi hissə ilə davam etdirilmişdir. Çıxış edənlər əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti, Ulu Öndərin 1997-ci ilin fevralın 2-də imzaladığı Fərmana əsasən Azərbaycanda Gənclər Gününün təsis edilməsi, hüquqi və dünyəvi dövlət quruculuğu prosesində müxtəlif illərdə gənclər siyasətinin ayrı-ayrı istiqamətləri üzrə müvafiq sənədlərin imzalaması, 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun sıralarında vuruşan qəhrəman gənclərimiz və məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər sayəsində xalqımızin otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmasından bəhs etmişlər.
Sonra ayrı-ayrı sahələr üzrə fərqlənmiş bir qrup gəncə fəxri fərmanlar təqdim edilmiş, tədbir bədii hissə ilə davam etdirilmişdir.