Geri qayıt Çap et

Azərbaycanda 2025-ci ildə 25 mindən çox şəxsə əlillik təyin edilib

Azərbaycanda 2025-ci ildə 25 mindən çox şəxsə əlillik təyin edilib, 142 min vətəndaş isə reabilitasiya xidmətləri ilə əhatə olunub.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev ilin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib. Məlumatı Report yayıb, DenMedia.az xəbər verir.

Onun sözlərinə görə, 2025-ci ildə əlillik təyin olunan 54,5 min nəfərin 29,2 mini əlilliyi təkrar alıb.

Eyni zamanda qeyd olunub ki, son üç il ərzində müraciətlərin yarıdan çoxu onkoloji, nevroloji və psixi xəstəliklərlə bağlı olub.