Geri qayıt Çap et

Təhlükəsizlik tədbiri: IndiGo Bakıya uçuşları 28 yanvaradək dayandırdı

Hindistanın aşağıbüdcəli aviaşirkəti IndiGo İran ətrafında vəziyyətin gərginləşməsi səbəbindən Bakı (Azərbaycan), Tbilisi (Gürcüstan), Almatı (Qazaxıstan) və Daşkənd (Özbəkistan) istiqamətlərinə uçuşlarını 28 yanvar 2026-cı ilədək ləğv edib.

Bu qərar sərnişinlərin və ekipajların təhlükəsizliyini təmin etmək məqsədilə profilaktik tədbir kimi qəbul edilib. Belə ki, uçuş marşrutları risklərin davam etdiyi İran hava məkanına yaxın ərazilərdən keçir. Bu barədə The Times of India yazır.

Məlumata görə, aviaşirkət regiondakı vəziyyəti diqqətlə izləyir və uçuş cədvəlinə mümkün dəyişiklikləri operativ şəkildə qiymətləndirir.

DenMedia.az