Geri qayıt Çap et

Məktəblərdə qış tətili 27 yanvarda başlayır

Azərbaycanın ümumtəhsil müəssisələrində 2025/26-cı tədris ili üzrə qış tətili 27 yanvar tarixindən başlayacaq.

Bu barədə Dövlət Məktəbəqədər və Ümumi Təhsil Agentliyi məlumat yayıb.

Qış tətili 27–31 yanvar tarixlərini əhatə edəcək və 5 gün davam edəcək. Qərar ümumtəhsil müəssisələrinin hazırlıq qruplarına da şamil olunur.

Agentlikdə bildirilib ki, həm beşgünlük, həm də altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə tətil bitdikdən sonra ilk dərs günü 2 fevral olacaq.

DenMedia.az