Geri qayıt Çap et

Hərbi xidmətə qarşı cinayətlərin sayı 21,3 faiz azalıb

Azərbaycanın Hərbi Prokurorluğunda baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə 2025-ci ilin fəaliyyətinin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, hesabat ilində qeydə alınmış cinayətlərin 99,7 faizi açılıb, hərbi xidmətə qarşı cinayətlərin sayı isə 21,3 faiz azalıb.

Ötən il Hərbi Prokurorluq sistemində “962” etimad xətti yaradılıb və dörd ay ərzində bu xətt üzrə 219 müraciətə baxılıb. İl ərzində ümumilikdə 1 000-dən çox vətəndaş müraciəti daxil olub, təxminən 6 000 nəfər qəbul edilib.

İclasda korrupsiyaya qarşı mübarizə və hüquqi maarifləndirmə sahəsində fəal işin davam etdirildiyi də qeyd olunub.

Sonda baş prokuror “962” etimad xəttinin fəaliyyəti ilə tanış olub və müraciətlərin operativ və şəffaf şəkildə baxılmasının vacibliyini vurğulayıb.

DenMedia.az