İşğaldan azad edilmiş ərazilərdə mina təhlükəsi ilə bağlı maarifləndirməni artırmaq məqsədilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) ilə birgə maarifləndirici videoçarx hazırlayıb.
Videoçarxda azad edilmiş ərazilərdə yaşayan uşaqların uçurtma uçurduqları zaman dağıntılar arasında mina təhlükəsi ilə üzləşdikləri anlar əks olunub. Xüsusi xəbərdaredici nişanlar onların təhlükəli ərazilərə keçməsinin qarşısını alır.
Layihənin əsas məqsədi əhali, xüsusilə uşaqlar arasında minalar və partlamamış hərbi sursatlarla bağlı risklər barədə məlumatlılığı artırmaq, eyni zamanda təhlükəli sahələrdən uzaq durmağın vacibliyini vurğulamaqdır.