Geri qayıt Çap et

Bu gün Arzu Əliyevanın doğum günüdür

Bu gün Bakı Media Mərkəzinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı Arzu Əliyevanın doğum günüdür.

Arzu Əliyeva 23 yanvar 1989-cu ildə Bakı şəhərində dünyaya gəlib. Orta təhsilini 160 saylı Bakı məktəbində, ali təhsilini isə İsveçrə və Böyük Britaniyada alıb. Müasir təhsil və peşəkar yanaşma onun fəaliyyətində əsas xətt təşkil edir.

2011-ci il 3 sentyabrda azərbaycanlı iş adamı Səməd Qurbanovla ailə həyatı quran Arzu Əliyeva iki övlad anasıdır. O, hazırda Bakı Media Mərkəzinə rəhbərlik edir və media sahəsində bir sıra mühüm layihələrin həyata keçirilməsində yaxından iştirak edir.

DenMedia.az kollektivi adından Arzu Əliyevanı təbrik edir, cansağlığı, uzun ömür arzulayırıq!