Geri qayıt Çap et

Bu gün ehtiyatlı olun: rayonlarda intensiv yağış və qar gözlənilir

Azərbaycanın rayonlarında yanvarın 1-i gündüz dağlıq ərazilərdən başlayaraq 3-dək hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən DenMedia.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimal olunur.

Gecə və səhər bəzi dağlıq ərazilərdə yolların buz bağlayacağı ehtimalı var.