Geri qayıt Çap et

Azərbaycanda məhkəmə islahatları: qanunvericilik bazası gücləndirilib

Azərbaycanda son illərdə məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib.
DenMedia.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında İnam Kərimov, Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri bildirib.
Onun sözlərinə görə, ədalətli məhkəmə araşdırması yalnız müstəqil və qərəzsiz məhkəmə ilə deyil, eyni zamanda peşəkar, prinsipial və məsuliyyətli vəkillik fəaliyyəti sayəsində təmin olunur.
“Məhz buna görə də son illərdə Azərbaycanda məhkəmə sahəsində qanunvericilik bazası təkmilləşdirilib, Məhkəmə-Hüquq Şurasının səlahiyyətləri genişləndirilib, Hakimlərin Qiymətləndirilməsi Komitəsi yaradılıb, hakimliyə namizədlərin seçilməsi mexanizmləri sadələşdirilib”, — deyə İnam Kərimov vurğulayıb.