Geri qayıt Çap et

Yeni başçı müavinini işdən çıxardı

Nəsimi Rayon İcra Hakimiyyətində kadr dəyişikliyi olub.

“Denmedi.az” Qafqazinfoya istinadən xəbər verir ki, bununla bağlı  yeniicra başçısı Elxan İbrahimov Əmr imzalayıb.

Əmrə əsasən, icra başçısının müavini Ramiz Quliyev vəzifəsindən azad edilib.

Qeyd edək ki, R.Quliyev 4 il idi bu vəzifədə çalışırdı. Daha əvvəl R.Quliyev Şəhərsalma və Arxitektura Komitəsində Regionlarla İş şöbəsində şöbə müdiri vəzifəsində çalışıb.