Geri qayıt Çap et

Sürücülər üçün xəbərdarlıq: Yollarda görünüş kəskin məhdudlaşacaq

Avtomobil yollarında vəziyyət açıqlanıb.

DenMedia.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Qeyd edilib ki, noyabrın 15-də ölkə ərazisinin bəzi yerlərində dumanlı hava şəraiti ilə əlaqədar olaraq, avtomobil magistral yollarında görünüş məsafəsi məhdudlaşacaq.

Görünüş məsafəsinin 200-700 metrədək məhdudlaşacağı gözlənilir.