Sumqayıt Bələdiyyəsində növbəti vətəndaş qəbulu təşkil olunub.
DenMedia.az xəbər verir ki, qəbulu bələdiyyə sədri Adil Xudadatov həyata keçirib.
Görüş zamanı şəhər sakinlərinin müxtəlif sosial, məişət və infrastruktur məsələləri ilə bağlı müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən əsasən mənzil-məişət problemləri, abadlıq, küçələrin təmiri, sosial yardım və kommunal xidmətlərlə bağlı məsələlər qaldırılıb. Adil Xudadatov hər bir müraciətə fərdi qaydada yanaşaraq, vətəndaşların problemlərinin operativ şəkildə həll olunması üçün müvafiq tapşırıqlar verib.
Bələdiyyə sədri bildirib ki, vətəndaşların müraciətlərinə diqqətlə yanaşmaq, onların problemlərinə yerində həll tapmaq Sumqayıt Bələdiyyəsinin əsas prioritetlərindəndir. O, həmçinin qeyd edib ki, bu cür qəbul günləri mütəmadi olaraq keçirilir və məqsəd sakinlərin təkliflərini, problemlərini birbaşa dinləməkdir.
Qəbulda iştirak edən vətəndaşlar da göstərilən diqqət və qayğıya görə bələdiyyə rəhbərliyinə təşəkkürlərini bildiriblər.
Sumqayıt Bələdiyyəsi tərəfindən vətəndaş qəbulları davamlı şəkildə təşkil olunur və hər bir müraciət nəzarətdə saxlanılır.