Geri qayıt Çap et

Masazırda şəhid ailəsinin yaşadığı küçə asfaltlandı – Sakinlər razılıq edir-VİDEO

Abşeron rayonunun Masazır kəndində yerləşən Nazim Əsədov küçəsində abadlıq və asfaltlama işləri başa çatıb.
DenMedia.az xəbər verir ki, sakinlərin uzun illərdir gözlədiyi bu işlər Masazır Bələdiyyəsi tərəfindən həyata keçirilib.
Küçənin abadlaşdırılması ilə bağlı qərar rayon rəhbərliyinin tapşırığı əsasında verilib. Görülən işlər çərçivəsində küçənin köhnə, yararsız örtüyü tamamilə sökülüb, yeni asfalt qatı çəkilib, səth bərpa olunub və kənar hissələrdə səliqələndirmə işləri aparılıb.
Sakinlər bildiriblər ki, Nazim Əsədov küçəsi uzun müddət keçilməz vəziyyətdə olub, xüsusilə yağışlı havalarda hərəkət etmək çox çətin idi. Onların sözlərinə görə, bələdiyyənin bu addımı həm şəhid ailələrinə göstərilən diqqətin, həm də Masazırın ümumi inkişaf siyasətinin bir hissəsidir.
Masazır Bələdiyyəsindən verilən məlumata görə, küçənin abadlaşdırılması təkcə yol infrastrukturunun yaxşılaşdırılması deyil, həm də sakinlərin gündəlik həyat şəraitinin yaxşılaşdırılmasına yönəlib.
Hazırda Nazim Əsədov küçəsində hərəkət rahatlaşıb, səliqə-sahman yaradılıb. Sakinlər görülən işlərə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.