Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi, Sumqayıt Bələdiyyəsi, Sağlam Düşüncə Gənclər Təşkilatı, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron-Xızı Regional nümayəndəliyi və Sumqayıt Gənclər Evinin birgə təşkilatçılığı ilə cari ilin 21 sentyabr tarixində Sumqayıt Gənclər paytaxtı 2025 ili çərçivəsində veloyürüş (9 km) təşkil olunub.
“20 Sentyabr – Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü”nə həsr olunmuş yürüş Heydər Əliyev Mərkəzinin qarşısından start götürərək təyin olunmuş marşrut üzrə davam edib və Sumqayıt bulvarında yekunlaşıb.
Yürüşdə 100 nəfərdən artıq həvəskar velosipedçi iştirak edib.
Veloyürüşün keçirilməsində məqsəd şəhərdə “20 Sentyabr - Azərbaycan Respublikasının Dövlət Suverenliyi Günü”nün qeyd edilməsi, sağlam nəqliyyat vasitəsi olan velosipeddən istifadəni stimullaşdırmaq, yeniyetmə və gənclər arasında velosiped idman növünün kütləviləşdirilməsi ona marağın artırılması və sağlam həyat tərzinin təbliğidir.