Geri qayıt Çap et

16 yaşlı Məhəmmədəli Sultanov üçün yeni həyat mərhələsi başlayır

Sumqayıtlı gənc Məhəmmədəli Sultanovun həyatında mühüm dönüş baş verib.
Denmedia.az xəbər verir ki, bir müddət öncə itkin düşməsi ilə bağlı xəbərlərlə gündəmə gələn 16 yaşlı yeniyetmə bu gün yeni yola qədəm qoyur.
Əvvəlcə o, Ceyranbatandakı peşə məktəbinin tələbəsi olub. Təhsilini davam etdirməklə yanaşı, Məhəmmədəlinin idmana böyük marağı diqqət çəkib. Bu maraq təsadüfən onun qarşısına fürsət kimi çıxıb – Sumqayıtda MMA döyüş növü üzrə tanınmış baş məşqçi Rəşad Yaqubov gənci öz yanına çəkib və ona təmənnasız şəkildə məşqlər keçməyə başlayıb.
Məhəmmədəli indi həm peşə təhsili alır, həm də idmanla məşğul olaraq gələcək karyerasını qurmaq üçün ilk addımlarını atır.
Xatırladaq ki, bir müddət öncə Məhəmmədəli Sultanovun itkin düşməsi ailəsində və ictimaiyyətdə ciddi narahatlıq yaratmışdı. "DenazTV" komandası aparılan axtarışlardan sonra onu taparaq ailəsinə təhvil vermişdi. Bu hadisə həm ailə, həm də ictimaiyyət üçün böyük sevinc və uğur kimi qiymətləndirilib.
Bu gün isə Məhəmmədəli yeni bir başlanğıcın astanasındadır. Onun həyatında təhsil, idman və gələcək planlar üstün yer tutur. Yeniyetmənin qarşısında geniş imkanlar açılır və bu, həm onun ailəsi, həm də ona dəstək göstərənlər üçün qürurverici məqamdır.