CBS telekanalı Səudiyyə Ərəbistanı və Küveytdəki ABŞ hərbi obyektlərinə endirilən zərbələrin nəticələrini əks etdirən fotolar yayımlayıb. Kadrlarda bazalardakı zədələnmiş binalar, hərbi təyyarələr və digər infrastruktur obyektləri görünür.
Fotoları CBS-ə adlarının açıqlanmasını istəməyən amerikalı hərbçilər təqdim ediblər. Mənbənin bildirdiyinə görə, bazalara dəymiş ciddi ziyan barədə ABŞ ictimaiyyətinə məlumat verilməyib.
Səudiyyə Ərəbistanındakı aviabazadan çəkilən fotolarda zədələnmiş “Boeing E-3 Sentry” təyyarələri və dağıdılmış kazarmalar görünür.
CBS-in məlumatına görə, Küveytdəki Bürinq düşərgəsində isə dağıdılmış binalar, yanmış avtomobil və çoxlu sayda dağıntı qeydə alınıb.